Azərbaycan “Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi”nə üzv qəbul edilib
NATO Müttəfiq Transformasiya Komandanlığında Azərbaycan, Portuqaliya, Rumıniya, Türkiyə və Yunanıstan nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə ölkəmizin ilk dəfə “Dəniz Təhlükəsizlik Mükəmməlliyi” (DGMM/MARSEC COE) mərkəzinə üzv qəbul edilməsi ilə bağlı texniki saziş imzalanıb.
Həmin mərkəzin əsas fəaliyyət istiqaməti üzv ölkələrin dəniz təhlükəsizliyinin təmin edilməsində iştirakından, eləcə də digər ölkələrin bu sahədə öhdəliklərə təşviq edilməsindən ibarətdir.
İmzalanmış texniki razılaşma sənədinə əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi həmin mərkəzdə 3 il müddətində ölkəmizi təmsil edəcək.
Həmin tənzimləmə sənədinə uyğun olaraq, NATO-nun “Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzi”ndə (DGMM/MARSEC COE) Azərbaycan bayrağı dalğalanacaq və burada ölkəmizin bir təmsilçisi daimi fəaliyyət göstərəcək.
Azərbaycan Ordusunun mövqeləri müxtəlif...
MN: Ermənistan silahlı təxribatlarını...
Azərbaycan Ordusunda 31 Mart -...
MN: Ermənistan tərəfinin təxribatçı...
Ermənistan silahlı qüvvələri növbəti...