2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Azərbaycan karateçiləri İtaliyada medal qazanıblar
 

09-12-2024
IMG

Azərbaycan karateçiləri İtaliyanın Venesiya şəhərində Dünya Karate Federasiyasının (WKF) təşkil etdiyi yeniyetmə və gənclər arasında "2024 / Karate - 1 Liqa"sında uğurla çıxış ediblər.

Azərbaycan Karate Federasiyasından verilən məlumata görə, yarışda ölkəmizi 12-13 yaş kateqoriyasında Elməddin Səlimli (-45 kiloqram) və 14-15 yaşlılarda isə Vüsal Qənbərov (-52 kiloqram) təmsil ediblər.

E. Səlimli gümüş, V. Qənbərov isə bürünc medala sahib çıxıblar.

Paylaş: