Azərbaycan karateçiləri Gürcüstanda 3 medal qazanıblar
Azərbaycan karateçiləri Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Open Georgia” beynəlxalq turnirində 3 medal qazanıblar.
Fhnews.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, turnirdə Azərbaycanı 6 idmançı təmsil edib.
"Qapıçıq” klubunun üzvləri ölkəmizin aktivinə 1 qızıl, 2 gümüş medal əlavə etdiriblər. Kumite yarışlarında iştirak edən Xədicə Bayramova (30 kq) 10-11 yaş kateqoriyasında rəqiblərini üstələyərək qızıl medal qazanıb. Nərgiz Həsənli (61 k) 14-15 yaş kateqoriyasında ikinci olub. Kata yarışlarında iştirak edən Kənan Qənbərov (+55 kq) isə 12-13 yaşlılar arasında ikinci yeri tutub.
Qeyd edək ki, iki gün ərzində keçirilən yarışda 9 yaş kateqoriyasında müxtəlif çəki dərəcələri üzrə idmançılar iştirak edib.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...