Azərbaycan karateçiləri Avropa çempionatında üç medal qazanıblar
Azərbaycan karateçiləri ənənəvi karate-do üzrə Avropa çempionatında üç medal qazanıblar.
Fhnews.az xəbər verir ki, Azərbaycan Karate Federasiyasından verilən məlumata görə, Almaniyanın Regensburq şəhərində keçirilmiş yarışda İmran Quluzadə (72 kilqoram) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. 80 kiloqram çəki dərəcəsində Fuad Əliyev qitə miqyaslı yarışın bürünc mükafatını qazanıb.
Təmsilçilərimiz komanda yarışında da fərqlənməyi bacarıblar. İmran Quluzadə, Fuad Əliyev və Mehman Eynalovdan ibarət “üçlük” Avropa çempionatını üçüncü yerdə başa vurub.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...