Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası COP-29-a dəstək yürüşü keçirəcək
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) “Təmiz suda avar çək!” devizi altında Bakı bulvarında genişmiqyaslı yürüş təşkil edəcək. Tədbir BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəstək xarakteri daşıyır.
Fhnews.az xəbər verir ki, yürüşdə Beynəlxalq Avarçəkmə Federasiyasının (FİSA) prezidenti Jan Kristof Roland, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko, Beynəlxalq Draqon Qayıqları Federasiyasının prezidenti Kladio Şermi, Asiya Avarçəkmə Federasiyasının və Qlobal Kanal Avarçəkmə Federasiyasının fəxri prezidenti Vanq Şi, “Charles Regatta”nın idarə heyətinin rəhbəri Frederik Şox, Qlobal Kanal Avarçəkmə Federasiyasının səlahiyyətli nümayəndəsi Ken Li və COP-29 üçün Azərbaycana səfər edəcək 50-dən çox fəxri qonaq iştirak edəcəklər.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...