2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Azərbaycan idmançıları Paris Paralimpiadasına hazırlıqlara başlayıblar

12-08-2024
IMG

Paraatletika, paraüzgüçülük, paraatıcılıq və parakamandan oxatma üzrə Azərbaycan milli komandaları Fransanın Ajan şəhərində təlim-məşq toplanışına start veriblər.

Fhnews.az xəbər verir ki, Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, “Paris-2024” Yay Paralimpiya Oyunlarına hazırlıq məqsədi daşıyan toplanış avqustun 21-dək davam edəcək.

Qeyd edək ki, Paris Paralimpiadası avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.

Paylaş: