Azərbaycan idmançıları Gimnaziadada mübarizəyə başlayırlar
Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarına bu gün start veriləcək.
Fhnews.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan idmançıları da mübarizə aparacaqlar.
Təmsilçilərimiz 8 idman növü - cüdo, aerobika gimnastikası, şahmat, boks, paracüdo, üzgüçülük, paraüzgüçülük və stolüstü tennis üzrə yarışlarda qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, oktyabrın 30-dək davam edəcək oyunlarda 26 idman növü üzrə 71 ölkədən ümumilikdə 18 yaşadək 3687 idmançı mübarizə aparır. Azərbaycan Gimnaziadada 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...