Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının bürünc medalını qazanıb.
Fhnews.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda görüşdə rumıniyalı Denis Florin Mihai ilə üz-üzə gəlib.
9:0 hesabı ilə qələbə qazanan Quluzadə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, mundial oktyabrın 27-də başa çatacaq.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...