Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar
Azərbaycanın 3 qadın güləşçisi Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında medal qazanıb.
Fhnews.az xəbər verir ki, 54 kiloqram çəkidə mübarizə aparan Rəna Nuriyeva yarımfinalda rusiyalı Evgeniya Kuskovanı yenərək finala çıxsa da, həlledici qarşılaşmada qırğızıstanlı Adinay Baizkulovaya uduzub və gümüş medalla kifayətlənib.
62 kiloqram çəki dərəcəsində yarışan Simura Abdullayeva bürünc medal uğrunda görüşdə rusiyalı Paraşkovya Uşnitskayanı məğlub edib.
39 kiloqramda mübarizə aparan Gülnar Ağadadaşova isə belaruslu Anastasiya Nekleyeva üzərində qələbə qazanaraq bürünc medala sahib olub.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...