Azərbaycan güləşçiləri Avropa çempionatına 4 medalla başlayıblar
Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.
Fhnews.az xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.
Azərbaycan təmsilçilərindən Əmrah Əmrahov (48 kiloqram) finalda rusiyalı Nikolay Kristova sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub və gümüş medalla kifayətlənib.
Əli Nəzərov (55 kiloqram) ukraynalı Daniil Suşçenkoya 7:3 hesabı ilə qalib gələrək bürünc medalın sahibi olub.
Orxan Hacıyev (80 kiloqram) ilk hissədə moldovalı Nikita Apostolla (9:0) dueldən qalib ayrılmaqla fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Mikayıl İsmayılov (110 kiloqram) isə belaruslu Daniil Maslakovu 4:1 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.
Beləliklə, yunan-Roma güləşi üzrə milli komanda qitə birinciliyinə 1 gümüş və 3 bürünc medalla başlayıb.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...