Azərbaycan güləş millisi Qazaxıstandakı turniri 1 dəst medalla başa vurub
Qazaxıstanın Atırau şəhərində sərbəst və yunan-Roma güləşi üzrə “Oil Capital Cup” turniri keçirilib.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yarışda ölkəmizi məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında 3 sərbəst güləşçi təmsil edib. Onların hamısı fəxri kürsüyə qalxıb. Kənan Heybətov (70 kiloqram) bütün rəqiblərinə qalib gələrək çempion olub. Əşrəf Aşırov (79 kiloqram) gümüş, Musa Ağayev (65 kiloqram) isə bürünc medal qazanıb.
Beləliklə, komandamız turniri 1 dəst medalla başa vurub.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...