Azərbaycan futzal millisi yoldaşlıq oyunları keçirəcək
Futzal üzrə Azərbaycanın millisi “Avro-2026”nın əsas mərhələsinə hazırlıq məqsədi ilə iki beynəlxalq yoldaşlıq oyunu keçirəcək.
Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, komanda sentyabrın 19-da və 20-də Çexiya seçməsi ilə gücünü sınayacaq.
Hər iki oyun Zlin şəhərində keçiriləcək.
Qeyd edək ki, Azərbaycan yığması Avropa Çempionatının əsas mərhələsində İsveç, Xorvatiya və Yunanıstanla qarşılaşacaq.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...