Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar
Azərbaycan cüdoçuları Polşanın Radom şəhərində keçirilən Avropa Kata turnirində fəxri kürsüyə qalxıblar.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, yığmanın heyətində İsmayıl Rzayev (tori / hücum edən idmançı) və İbrahim Aslanov (uke / hücum edilən idmançı) bürünc medal qazanıblar.
Onlar böyüklər arasında “Nage-no-Kata” üzrə 353,5 xal toplayaraq buna nail olublar.
Qeyd edək ki, bu, Azərbaycan cüdo tarixində katada əldə edilən ilk medaldır.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...