Azərbaycan boksçuları beynəlxalq turniri 7 medalla başa vurublar
Azərbaycanın yeniyetmə boksçuları Belarusun Jabinka şəhərində keçirilən beynəlxalq turniri 7 medalla başa vurublar.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, bütün rəqiblərinə qalib gələn İmran Axundov (52 kiloqram), Şahin Aslanov (60 kiloqram) və Səfdər Məmmədzadə (+80 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Nihat Qasımovla (50 kiloqram) Haqverdi Həsənov (63 kiloqram) gümüş, Sübhan Babayev (57 kiloqram) və Əflatun İsmiyev (54 kiloqram) isə bürünc mükafata yiyələniblər.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...