Azərbaycan beynəlxalq multiidman turnirində 14 cüdoçu ilə təmsil olunacaq
Rusiyanın Kazan şəhərində keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multiidman turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.
Fhnews.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, milli komanda 14 çəki dərəsində 7 qadın və 7 kişi idmançı ilə təmsil olunacaq.
Qadınlar arasında Ramilə Əliyeva (48 kiloqram), Nuray Quliyeva (52 kiloqram), Nərgiz Hacıyeva (57 kiloqram), Leyla Hüseynova (63 kiloqram), Südabə Ağayeva (70 kiloqram), Nərmin Əmirli (78 kiloqram) və Nigar Süleymanova (+78 kiloqram) qüvvələrini sınayacaqlar. Kişilərin mübarizəsində isə Hüseyn Allahyarov (60 kiloqram), Rəşad Yelkiyev (66 kiloqram), Nəriman Mirzəyev (73 kiloqram), Məhərrəm İmamverdiyev (81 kiloqram), Musa Hüseynli (90 kiloqram), Hüseyn Dadaşov (100 kiloqram) və Camal Feyziyev (+100 kiloqram) güclərini yoxlayacaqlar.
Cüdo yarışları iyunun 21-22-də təşkil olunacaq.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...