Azərbaycan badmintonçuları Zambiyadan 7 medalla qayıdırlar
Azərbaycan badmintonçuları Zambiyanın Lusaka şəhərində keçirilən "Zambia International" turnirində uğurla çıxış ediblər.
Azərbaycan Badminton Federasiyasından (ABF) verilən məlumata görə, qadın badmintonçuların şəxsi yarışında Era Maftuha, kişilərin qoşa yarışında Aqil Qəbilov-Diki Panqestu və qarışıq qoşa kateqoriyasında Aqil Qəbilov-Era Maftuha tandemi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Kişilərin qoşa yarışında Diki Panqestu, qarışıq qoşa kateqoriyasında isə Cahid Əlhəsənov və Həcər Nuriyeva gümüş medala layiq görülüblər.
Daha 2 bürünc medala qadınların şəxsi yarışında Həcər Nuriyeva, qoşa yarışında isə Həcər Nuriyeva ilə Era Maftuha sahib çıxıblar.
Bununla da Azərbaycan badmintonçuları yarışı 3 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurublar.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...