Azərbaycan 3-cü dəfə BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilib
Azərbaycan BMT Baş Assambleyası tərəfindən növbəti dəfə qurumun İqtisadi və Sosial Şurasına üzv seçilib.
Fhnews.az xəbər verir ki, keçirilən səsəvermədə Azərbaycan 148 səslə üzvlük haqqını qazanıb və 2025-2027-ci illər üzrə 3-ü dəfə şuranın üzvü olacaq. Azərbaycanla yanaşı, daha 20 ölkə Şuraya üzv seçilib.
BMT İqtisadi və Sosial Şurası qurumun 6 vacib orqanından biridir. Şura 1945-ci il iyunun 26-da qurulub və BMT Nizamnaməsinə əsasən qurumun 15 ixtisaslaşmış təşkilatının, 9 funksional və 5 regional komissiyalarının iqtisadi və sosial sahədə fəaliyyətlərini əlaqələndirir.
Almaniya Prezidenti Frank-Valter...
Azərbaycan-Avropa İttifaqı...
Ceyhun Bayramov İran Prezidentinin...
Azərbaycanın təşəbbüsü ilə BMT-də mina...
Azərbaycan ilə İran arasında ikitərəfli...