2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

AZAL İsrail aviaşirkəti ilə kod-şer razılaşması imzalayıb

11-02-2025
IMG

“Azərbaycan Hava Yolları” QSC (AZAL) və İsrailin “El Al” aviaşirkəti kod-şer razılaşması imzalayıb.

AZAL-dan verilən məlumata görə, əməkdaşlıq çərçivəsində hər iki aviaşirkətin müştəriləri bir-birinin həyata keçirdiyi reyslərdən yararlana biləcəklər.

Belə ki, “EL AL”ın kodu (LY) AZAL-ın Təl-Əviv-Bakı uçuşlarına və gələcəkdə onların tranzit reyslərinə də əlavə olunacaq. “Matmid” loyallıq proqramının üzvləri də Bakıya yerinə yetirilən reyslərdə mil qazanmaq imkanına sahib olacaqlar.

Biletləri hər iki aviaşirkətin rəsmi saytından və ya tur-agentliklər vasitəsilə əldə etmək olar.

Paylaş: