Ayda mağara tapılıb
Alimlər Ayda kosmonavtların uzunmüddətli missiyalar üçün istifadə edə biləcəyi mağara olduğunu təsdiqləyiblər. “Nature Astronomy” jurnalında dərc edilən araşdırmanın nəticələrinə görə, alimlər ABŞ Aerokosmik Agentliyinin Ay kəşfiyyat vasitəsinin radar ölçmələrini təhlil ediblər.
Mağaranın "Apollon 11" kosmik gəmisinin endiyi yerdən təqribən 400 kilometr aralıda olduğunu bildirən elm adamları mağaranın lava borusunun çökməsi nəticəsində meydana gəldiyini bildiriblər.
Alimlər qeyd ediblər ki, bu mağara Ayın sərt ekoloji şəraitindən qorunduğu üçün gələcəkdə uzunmüddətli missiyalar üçün kosmonavtları qəbul edə bilər.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...