Ayda astronavtların istifadə edə biləcəyi mağaranın olduğu təsdiqlənib
Alimlər Ayda astronavtların uzunmüddətli missiyalar üçün istifadə edə biləcəkləri mağara olduğunu təsdiqləyiblər.
Fhnews.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, alimlər ABŞ Aerokosmik Agentliyinin (NASA) Ay kəşfiyyat vasitəsinin radar ölçmələrini təhlil ediblər.
Mağaranın “Apollon 11” kosmik gəmisinin endiyi yerdən təqribən 400 kilometr aralıda olduğunu qeyd edən alimlər, mağaranın lava borusunun çökməsi nəticəsində meydana gəldiyini bildiriblər. Onlar diqqətə çatdırıblar ki, bu mağara Ayın sərt ekoloji şəraitindən qorunduğu üçün gələcəkdə uzunmüddətli missiyalar üçün astronavtları qəbul edə bilər.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...