2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Avstraliyalı mütəxəssislər quş qripi təhlükəsi barədə xəbərdarlıq edirlər

15-07-2024
IMG

Dövlət Elmi və Tətbiqi Tədqiqatlar Birliyinin (CSIRO) nəzdindəki Avstraliya Xəstəliklərə Hazırlıq Mərkəzinin mütəxəssisləri 2024-cü ildə ölkədə yüksək patogen quş qripinin üç ştamının aşkar edildiyi barədə xəbərdarlıq ediblər.

Fhnews.az “Associated Press”ə istinadla xəbər verir ki, epidemiyalar cənub-şərq Viktoriya və Yeni Cənubi Uels ştatlarında, eləcə də Avstraliyanın paytaxt ərazisində quşçuluq təsərrüfatlarına təsir göstərərək, 500 mindən çox toyuğun məhv edilməsinə səbəb olub.

Mütəxəssislər eyni vaxtda baş verən epidemiyaların səbəbini müəyyən edə bilmədiklərini açıqlayıblar.

Paylaş: