Avstraliyada 40 min il əvvələ aid nəhəng quş növünün kəllə sümüyü tapılıb
Avstraliyalı tədqiqatçılar 40 min il əvvəl nəsli kəsilmiş nəhəng quş növünün kəllə sümüyünü aşkar ediblər.
Fhnews.az BBC telekanalına istinadla xəbər verir ki, vaxtilə Avstraliya çöllərində gəzən “Genyornis newtoni” adlı quşun kəllə sümüyünü Flinders Universitetinin paleontoloqlar qrupu tapıb. Növün əvvəllər məlum olan yeganə kəllə sümüyü 1913-cü ildə aşkarlanıb, lakin zədələndiyi üçün çox az sümük qalıb.
Yeni tapıntı tədqiqatçılara təxminən 40 min il əvvəl nəsli kəsilmiş “Genyornis newtoni” quşunun ekologiyasını və təkamülünü araşdırmaq imkanı verib. Təxminən 230 kiloqram ağırlığında olduğu düşünülən quşun böyük beyin qabığı və çənəsinin olduğu ehtimal edilir.
Alimlər kəllə sümüyünün müasir qazlar və su quşları ilə danılmaz oxşarlıqlara malik olduğunu söyləyiblər.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...