Avropada qara canavarların mövcudluğu təsdiqlənib
Polşada bir meşədə iki qara canavarın dolaşdığı görüntülər yayılıb. Bu nadir heyvanların axardan keçməsinin videosu qeyri-hökumət təşkilatının @SAVE Wildlife Conservation Fund” adlı Mərkəzi Avropa ölkəsindəki bölməsi tərəfindən yayımlanıb. Mərkəzi Avropa ölkəsində canavarların nəsli 1950-ci illərdə demək olar ki, yox olub. Lakin aparılan araşdırmalarla 2000-ci illərin əvvəllərindən etibarən xüsusilə Polşanın daxili bölgələrində yenidən geniş yayılmağa başladığı görülür.
Genetik araşdırmalara görə, qara kürkə səbəb olan mutasiya ilk dəfə minlərlə il əvvəl əhliləşdirilmiş itlərdə meydana çıxıb. Sonralar bu itlərlə cütləşən canavarlarda da görünməyə başladı.Avropada genetik müxtəlifliyin azalması səbəbindən bu qitədə qara canavarlara nadir hallarda rast gəlinir. Məsələn, ABŞ-dakı Yellowstone Milli Parkındakı canavarların ən azı yarısı qara xəzlidir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...