Avropada mezoteliomadan ən çox ölüm halı İtaliyadadır
Avropa İttifaqında müalicəsi çox ağır olan xərçəng-mezoteliomadan ən çox ölüm faktı İtaliyadadır.
Fhnews.az xəbər verir ki, bu barədə Avropa Statistika Bürosu (Eurostat) məlumat yayıb.
Bildirilir ki, 2021-ci ildə Aİ-də mezoteliomadan 2380 ölüm hadisəsi qeydə alınıb. 2013-cü ildən bəri bu rəqəm davamlı olaraq azalmaqdadır. Hesabat dövründə mezoteliomadan ən çox ölüm faktı – 518 nəfərlə İtaliyada qeydə alınıb.
Qeyd edək ki, son məlumatlara görə, Aİ ölkələrində mezoteliomadan ölüm halları hər il 1,5 milyard avrodan çox ziyan vurur.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...