2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Avropada meymun çiçəyi xəbərdarlığı

22-08-2024
IMG

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi  Avropada meymun çiçəyi virusuna yoluxma riskinin az olduğunu, lakin İsveçdə göründüyü kimi başqa ölkələrdən gəlmə ehtimalının yüksək olması səbəbilə Avropa ölkələrini xəstəliklə mübarizəyə hazır olmağa çağırıb.

Mərkəzin eksperti Orlando Cenciarelli Avropa əhalisi üçün ümumi riskin hazırda çox az ehtimal və aşağı təsir kimi qiymətləndirildiyini deyib. 

Xəstəliklərlə təmasda olan insanlarda riskin yüksək olduğunu, lakin xəstəliyin aşağı sürətlə irəliləyəcəyini vurğulayan Cenciarelli peyvəndlə bağlı fikirlərini də açıqlayıb. O,bunun yalnız yoluxma riski olan, ağır xəstəliyi olan, yoluxma mümkün olduğu bölgələrə səfər etmiş və fərdi risk qiymətləndirməsinə əsaslanan insanlara edilməli olduğuna diqqət çəkib.

Ümumdünya Səhiyyə Təşkilatının  Avropa nümayəndəsi Mark-Alain Viddovson 2022-ci ilin yayında Avropada ümumilikdə 27 min xəstəliyə rast gəlindiyini və 10 ölüm faktının qeydə alındığını xatırladıb.O, qitənin özünü virusdan qoruya biləcəyinə inandıqlarını ifadə edib.

Qeyd edək ki, Monkeypox virusu siçan və dələ kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən ötürülür. Virusun törətdiyi bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, çarşaf, dəsmal və bənzər əşyalardan istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq infeksiyanın ən mühüm səbəblərindəndir.

İlk simptomlar virusa yoluxduqdan sonra 5-21 gün ərzində görünə bilər. Virus ümumiyyətlə yüksək hərarət, baş, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşütmə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur.
Spesifik müalicə üsulu olmayan xəstəlik antiviral dərmanlarla müalicə olunur. Əksər hallarda xəstəlik yüngül keçir və bir neçə həftə ərzində sağalır.

Paylaş: