Avropa şirkətləri yeni koalisiya qurub
Avropada 60-dan çox şirkət qitəni süni intellekt sahəsində “dünya lideri” mövqeyinə gətirmək məqsədilə koalisiya qurub.
Fransa və Hindistanın həmsədrliyi ilə Parisdə təşkil olunan Süni İntellekt Fəaliyyət Sammiti davam edir. “Le Monde” qəzetinin xəbərinə görə, sammit çərçivəsində 60-dan çox şirkət Avropanı süni intellekt sahəsində “dünya lideri” etmək məqsədilə koalisiya yaratdıqlarını elan edib. Aralarında “Airbus” və “Mistral AI” kimi Avropa şirkətlərinin də yer aldığı koalisiyaya “Avropa İttifaqı Süni İntellekt Çempionları Təşəbbüsü” adı verilib.
Koalisiya həmçinin Avropa İttifaqının süni intellekt sahəsindəki tənzimləmələrini asanlaşdırmağı hədəfləyir. Bu gün başa çatacaq Süni İntellekt Fəaliyyət Sammitinə bir çox dövlət başçısı, nazir və aparıcı texnologiya şirkətlərinin nümayəndələri qatılıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...