Avropa Liqası: “Qarabağ” “Malmö”yə məğlub olub - YENİLƏNİB-6
UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda keçirilən “Qarabağ” – “Malmö” matçı başa çatıb.
Fhnews.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 15-ci dəqiqədə “Qarabağ”ın hücumçusu Olavio Juninyo açıb. Lakin rəqibin heyətində Erik Botheym 19-cu və 47-ci dəqiqələrdə dubla imza ataraq komandasına qələbə qazandırıb. “Qarabağ” növbəti oyununu oktyabrın 24-də doğma meydanda Niderlandın “Ayaks” komandasına qarşı keçirəcək.
22:00
UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda keçirilən “Qarabağ” – “Malmö” matçında üçüncü qol vurulub.
Fhnews.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşmanın 48-ci dəqiqəsində rəqibin heyətində Erik Botheym dublunu rəsmiləşdirib. Oyunu Yunanıstandan olan referi Anastasios Papapetrou idarə edir.
21:46
UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda keçirilən “Qarabağ” – “Malmö” matçında ikinci hissə başlayıb.
Fhnews.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşmanın ilk yarısından sonra hesab bərabərdir - 1:1. Oyunu Yunanıstandan olan referi Anastasios Papapetrou idarə edir.
21:33
UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda keçirilən “Qarabağ” – “Malmö” matçında birinci hissə başa çatıb.
Fhnews.az xəbər verir ki, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşmanın fasiləsinə 1:1 hesablı heç-heçə ilə yollanıblar. Oyunu Yunanıstandan olan referi Anastasios Papapetrou idarə edir.
21:09
UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda keçirilən “Qarabağ” – “Malmö” matçında ikinci qol vurulub.
Fhnews.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşmanın 19-cu dəqiqəsində rəqibin heyətində Erik Boteyim fərqlənib. Oyunu Yunanıstandan olan referi Anastasios Papapetrou idarə edir.
21:07
UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda keçirilən “Qarabağ” – “Malmö” matçında hesab açılıb.
Fhnews.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşmanın 15-ci dəqiqəsində Olavio Juninyo komandasını önə keçirib. Oyunu Yunanıstandan olan referi Anastasios Papapetrou idarə edir.
20:45
UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda keçirilən “Qarabağ” – “Malmö” matçı start götürüb.
Fhnews.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşma 20:45-də başlayıb. Oyunu Yunanıstandan olan referi Anastasios Papapetrou idarə edir.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...