Avropa çempionatı: Azərbaycanın sərbəst güləşçiləri mübarizəyə başlayırlar
Bakıda keçirilən U-23 Avropa çempionatında bu gün Azərbaycanın sərbəst güləşçiləri mübarizəyə start verəcəklər.
Fhnews.az xəbər verir ki, Elman Ağayev (57 kiloqram), Musa Ağayev (65 kiloqram), Kənan Heybətov (70 kiloqram), Əli Tsokayev (79 kiloqram) və Rəvan Musayev (97 kiloqram) yarışa təsnifat mərhələsindən başlayacaqlar.
Bu gün, həmçinin qadın güləşçilərdən Elnurə Məmmədova (53 kiloqram) və Jalə Əliyeva (57 kiloqram) qızıl, Mərziyyə Sadıqova (72 kiloqram) isə bürünc medal uğrunda görüşə çıxacaq.
Qeyd edək ki, Avropa çempionatının ilk 4 günündə Azərbaycan ümumilikdə 9 medal qazanıb. Ziya Babaşov (63 kiloqram), Xasay Həsənli (77 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qitə çempionu olublar. Nihad Quluzadə (60 kiloqram) gümüş, Rəşad Məmmədov (55 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Laçın Vəliyev (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Ruzanna Məmmədova (59 kiloqram) isə bürünc medala yiyələniblər.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...