Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq
Serbiyanın Novi Sad şəhərində 17 yaşlılar arasında güləş üzrə Avropa çempionatı davam edir.
Fhnews.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yarışın üçüncü günündə qızlardan ibarət millinin 2 üzvü xalçaya çıxıb.
Esra Məmmədli (49 kilqoram) 1/8 finalda belaruslu Angelina Burkina (5:0), 1/4 finalda isə rusiyalı Anna Zlobina (6:5) üzərində qələbə qazanıb. Məmmədli yarımfinalda türkiyəli Nil Aktaşa minimal fərqlə (3:4) məğlub olub. Esra sabah bürünc medal uğrunda Laura Boqatiç (Xorvatiya) – Alyona Kolubay (Ukrayna) görüşünün qalibi ilə güləşəcək.
Fidan Babayeva (57 kiloqram) debütdə serbiyalı Qabriyela Berkeçə heç bir şans verməyib – 9:0. Babayeva 1/4 finalda polşalı Maqdalena Siedidən güclü olub – 5:3. Babayeva finalın bir addımlığında gürcüstanlı Miranda Kapanadzeylə bacarmayıb – 0:8. Fidanın sabah üçüncü yer uğrunda qarşılaşmada rəqibi ya xorvatiyalı Lana Peziç, ya da rusiyalı Doljon Tsunquyeva olacaq.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...