Avropa çempionatı: Azərbaycan basketbol millisi C divizionunun qalibi olub
Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunun qalibi olub.
Fhnews.az xəbər verir ki, finalda Lüksemburq seçməsi ilə qarşılaşan yığma 77:71 hesabı ilə qalib gələrək C divizionunu çempion kimi başa vurub.
Görüşün ən məhsuldar basketbolçusu millimizin üzvü Murad Babayev (19 xal, 6 ribaund) olub.
Qeyd edək ki, oğlanlardan ibarət U-18 millimiz sonuncu dəfə 2016-cı ildə Avropa çempionatının "C" divizionunun qalibi olmuşdu.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...