Avro-2024: İspaniya millisi yarımfinala vəsiqə qazanıb
Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında 1/4 final mərhələsinin oyunlarına start verilib.
Fhnews.az xəbər verir ki, İspaniya və Almaniya yığmaları üz-üzə gəlib. Ştutqart şəhərində yerləşən “MHP Arena”da oynanılan görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşdığı üçün əlavə vaxt oynanılıb.
Əlavə vaxtın 119-cu dəqiqəsində Mikel Merino İspaniya millisinə qələbə gətirən qola imza atıb.
Bununla da İspaniya seçməsi adını yarımfinala yazdırıb.
Digər matçda Portuqaliya və Fransa komandaları münasibətlərini aydınlaşdıracaq. Hamburqun “Folksparkştadion” arenasında reallaşacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...