Avro-2024: Çexiya – Türkiyə oyununun hakimləri açıqlanıb
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının III turunda Çexiya – Türkiyə komandaları arasındakı oyun üçün hakim təyinatları açıqlanıb.
Fhnews.az xəbər UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Hamburqda baş tutacaq görüşün referisi rumıniyalı İştvan Kovaç olacaq. Ona həmyerliləri Vasile Marinesku və Ovidiu Artene kömək edəcəklər. Dördüncü hakim funksiyasını norveçli Espen Eskas yerinə yetirəcək.
VAR-da isə polşalı Tomasz Kviatkovski olacaq.
Qeyd edək ki, iyulun 26-da baş tutacaq Çexiya – Türkiyə matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...