2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Atatürk Bəndinin  sahilində 3 min illik yaşayış yeri aşkar edilib.

23-10-2024
IMG

Adıyamanın Kahta rayonunda Atatürk Bəndinin sahilində aparılan arxeoloji tədqiqatlar nəticəsində 3 min il əvvələ aid yaşayış yeri müəyyən edilib.
Beləki, Adıyaman Muzey Müdirliyi qrupları, Belören kəndinin çöl sahəsindəki bənd gölməçəsinin sahilindəki tarixi əraziləri müəyyən etmək üçün araşdırmaya başlayıb.

Bölgəyə gedən qruplar qayıqla quruda və sahillərdə araşdırma apararaq 3000 il əvvələ aid 10 yaşayış məntəqəsini müəyyən ediblər.Adıyaman Muzeyinin direktoru Mehmet Alkan jurnalistlərə bildirib ki, gərgin iş nəticəsində bölgədəki yaşayış sahələrini müəyyən ediblər.

Suyun çəkilməsindən sonra Atatürk Su Anbarı boyunca yerləşən ərazilərdə işə başladıqlarını bildirən Alkan "Burada qaya məskənlərindən ibarət 10 yaşayış məntəqəsi müəyyən etdik. Tapılan saxsı qablar bizə o dövrdə yaşayan insanların olduğunu göstərir. Eyni zamanda Sahə tədqiqatlarında kanal şəkilli boşluqlar və otaq tipli məskunlaşma sahələri görürük”- deyərək nəticələr barədə məlumat verib.

Paylaş: