2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Astarada normativ tələblərin pozulduğu dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb

04-11-2024
IMG

Astara şəhərinin İstiqlaliyyət küçəsində Məmmədov Gülsabah Mirzəli qızına məxsus “Paşa” dönərxanasında və H.Əliyev prospektində Bağırov Elçin İlham oğluna məxsus “Cənub” dönərxanasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu müəyyən olunub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, iaşə obyektlərinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub.

Həmçinin məhsulların müvafiq temperaturda saxlanması və emalı üçün şəraitin mövcud olmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, qida məhsulları ilə təmasda olan səthlərin normativ texniki tələblərə cavab vermədiyi, havalandırma sisteminin quraşdırılmadığı, işçilərin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb.

Paylaş: