Arktika tundrası atmosferə topladığından daha çox karbon buraxır
Qlobal istiləşmənin Arktika bölgəsinə iki mühüm təsiri var. Bir tərəfdən bitkilərin inkişafı üçün uyğun şərait yaradaraq atmosferdən karbon qazının təmizlənməsinə töhfə verir. Digər tərəfdən, permafrost adlanan donmuş torpağın əriməsinə səbəb olur. Permafrostun əriməsi torpaqda tutulmuş karbonun mikroblar tərəfindən parçalanmasına, karbon qazı və metan qazı şəklində atmosferə buraxılmasına səbəb olur. Arktika tundrasında baş verən meşə yanğınları bitki örtüyünü məhv etməklə yanaşı, həm də əbədi donun ərimə prosesini sürətləndirir və istixana qazı emissiyalarını artırır.
ABŞ Milli Okean və Atmosfer Administrasiyasının 2024 Arktika Hesabat Kartı Arktikada həyəcan verici dəyişiklikləri aşkar edib. Hesabatda 2024-cü ildə permafrost temperaturunun 1900-cü ildən bəri ikinci ən yüksək səviyyəyə yüksəldiyi müəyyən edilib.
ABŞ-nın Massaçusets ştatında yerləşən Vudvel İqlim Araşdırma Mərkəzinin rəhbərliyi ilə hazırlanan hesabatda Arktikanın ardıcıl 11 ildir qlobal orta göstəricidən daha sürətlə istiləşdiyi göstərilib.
"Müşahidələrimiz göstərir ki, istiləşmə və meşə yanğınları artdıqca, Arktika tundrası saxladığından daha çox karbon buraxır və iqlim dəyişikliyinin təsirlərini pisləşdirir" -deyə ABŞ Milli Okean və Atmosfer Administrasiyasının prezidenti Rik Spinrad bildirib.
Arktikanın daha sürətli istiləşməsi qlobal dəniz səviyyəsinin yüksəlməsindən tutmuş vəhşi təbiətin miqrasiyasına qədər iqlim böhranının təsirlərini gücləndirməkdə rol oynayır. Alimlər proqnozlaşdırırlar ki, Arktika tundrası temperaturun və yanğınların artması ilə daha çox karbon buraxacaq.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...