AQTİ-nin laboratoriyaları növbəti səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarının maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi sahəsində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin bitki sağlamlığı istiqamətində fəaliyyət göstərən Mərkəzi Fitosanitar Laboratoriyası (MFL), həmin laboratoriyanın Meyvəli Karantin Ekspertiza Bölməsi (MKEB), həmçinin Tovuz Regional Sınaq Laboratoriyası (TRSL), Xaçmaz Regional Sınaq Laboratoriyası (XRSL) və Lənkəran Regional Sınaq Laboratoriyası (LRSL) Rusiya Federasiyasının "Ümum-Rusiya Bitki Karantini Mərkəzi" Federal Dövlət Büdcə Təşkilatının (ФГБУ "ВНИИКР") laboratoriyalararası qarşılaşdırma və səriştəlilik sınaqlarına qatılaraq uğurlu nəticələr əldə edib.
Qeyd edək ki, MFL-də karantin tətbiq olunan zərərli orqanizmlərin ((buğdanın cırtdan boyluluq sürməsi), sürünən kəkrə), yovşanyarpaqlı ambroziya) və Kaliforniya qalxanlı yastıcası) morfoloji üsulla diaqnostikası aparılıb. MKEM-də sürünən kəkrə morfoloji üsulla təyin edilib. TRSL-də kartofun qonur çürüməsi və kartof yumrularında həlqəvi bakterial çürümə molekulyar-bioloji üsulla (real vaxtda PZR) diaqnostika olunub, sürünən kəkrə isə morfoloji üsulla təyin edilib.
XRSL-də sürünən kəkrə və Kaliforniya qalxanlı yastıcası morfoloji üsulla, LRSL-də isə pomidor lağımlayıcı güvəsi morfoloji, kartofun qonur çürüməsi və kartof yumrularında həlqəvi bakterial çürümə molekulyar-bioloji üsulla diaqnostika olunub. Həmin sınaqlarda əldə edilən bütün nəticələr 100 faiz dəqiqliklə həyata keçirilib.
AQTİ-nin bitki və bitkiçilik məhsullarında karantin tətbiq olunan zərərli orqanizmlərin aşkarlanması və diaqnostikası üzrə regional laboratoriyalarının ФГБУ "ВНИИКР"in təşkil etdiyi səriştəlilik sınaqlarında uğur qazanması həmin laboratoriyaların səriştəlilik səviyyəsinin yüksək olduğunu göstərir.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...