AQTA sədri yem, yem əlavələri, baytarlıq preparatları və vaksinlərin istehsalı, ixracı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşəcək
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli hər həftənin IV günü saat 16:00-dan 18:00-dək Agentliyin inzibati binasında vətəndaşları qəbul edir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər və vətəndaşlar onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər.
Həmin çərçivədə növbəti qəbul gələn həftənin IV günü - noyabrın 14-də yem, yem əlavələri, baytarlıq preparatları və vaksinlərin istehsalı, ixracı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlarla keçiriləcək.
Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərməklə [email protected] elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...