AQTA sədri: Qida istehlakı məlumat bazası sağlamlıq problemlərinin həllində mühüm alətdir
Qida istehlakı məlumatları bazası sağlamlıq problemlərinin həlli, qidalanma meyillərinin təhlili və qida siyasətinin formalaşdırılması baxımından strateji əhəmiyyətə malikdir. Bu baza əhalinin fərqli qrupları tərəfindən istehlak edilən qida növləri, porsiyaların həcmi, qidalanma tezliyi və vərdişləri kimi müxtəlif aspektləri özündə birləşdirir. Bu cür məlumatların sistemli təhlili qida çatışmazlığı, nutriyent balanssızlığı və piylənmə kimi mühüm sağlamlıq problemlərinin həlli üçün elmi əsaslar yaradır.
Fhnews.az xəbər verir ki, bu fikirləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bu gün ölkəmizdə start verilən “Daha yaxşı qidalanma və daha təhlükəsiz qida üçün qida istehlakı məlumatları bazası” pilot layihəsinin açılışı və bu çərçivədə keçirilən ilk seminarda çıxışı zamanı səsləndirib.
O vurğulayıb ki, qida istehlakı məlumatlarının toplanması və analizi tənzimləyici qərarların qəbulunda mühüm rol oynamaqla yanaşı, fərdi qidalanma seçimlərinin qiymətləndirilməsinə də imkan verir: “Bu baza, həmçinin qidalanma vərdişlərindəki dəyişiklikləri izləməyə, sağlam həyat tərzini təşviq edən strategiyalar hazırlamağa və qida təhlükəsizliyi sahəsində effektiv idarəetmə mexanizmləri qurmağa imkan yaradır”.
AQTA sədri əlavə edib ki, gələcəkdə bu cür məlumatların mobil tətbiqlər və ağıllı mətbəx avadanlıqları vasitəsilə daha dəqiq və qüsursuz formada toplanması proqnozlaşdırılır: “Bu texnologiyalar real vaxt rejimində qida qəbulu və nutriyent kompozisiyası barədə məlumatları təqdim etməklə, fərdi qidalanma tövsiyələrinin formalaşdırılmasına və sağlamlıq göstəricilərinin daha dəqiq təhlilinə geniş imkanlar açacaq. Belə inteqrasiya olunmuş yanaşmalar qidalanma ehtiyaclarının fərdi qiymətləndirilməsini daha effektiv hala gətirəcək və ictimai sağlamlığın qorunmasına əhəmiyyətli töhfə verəcək”.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...