AQTA-da sahibkarlarla görüş olacaq
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli dekabrın 26-sı saat 15:30-da heyvandarlıq və quşçuluq təsərrüfatı sahələri, quş və quş əti, yumurta istehsalı, idxalı, ixracı sahələrində fəaliyyət göstərən sahibkarlarla görüşəcək.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək [email protected] elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
Qeyd edək ki, AQTA-nın sədri hər həftə Agentliyin inzibati binasında vətəndaşları qəbul edir. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentliyin sədri ilə görüşə bilərlər.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...