2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Əqli Mülkiyyət Agentliyinin nəzdində fəaliyyət göstərən “960 Çağrı Mərkəzi” nə iş görür?

06-03-2025
IMG

Əqli Mülkiyyət Agentliyinin nəzdində fəaliyyət göstərən “960 Çağrı Mərkəzi” yarandığı 2021-ci ildən bəri öz işini uğurla həyata keçirməyə çalışır. Ümumiyyətlə, Əqli Mülkiyyət Agentliyi vətəndaş məmnunluğunu yaratmağı əsas vəzifələrdən biri kimi qarşıya qoyub.

Agentlikdən verilən məlumata görə, İddiaçıların əqli mülkiyyətə dair sorğuları üzrə iş sektoru (Çağrı Mərkəzi) dövlət orqanında qanunçuluğun təmin edilməsi, müraciətlərin obyektiv araşdırılması və cavablandırılması, sui-istifadə əməllərinin qarşısının alınması, fəaliyyətin təkmilləşdirilməsi üçün təhlillərin aparılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə təşkil olunub. Çağrı Mərkəzinin təyinatı Agentliyin fəaliyyəti ilə bağlı sualların (sorğuların, o cümlədən elektron xidmətlərin göstərilməsi ilə bağlı müraciətlərin) birbaşa və ya araşdırıldıqdan sonra cavablandırılmasından, məlumatlandırma və məsləhət xidməti göstərilməsindən, şikayətlərin (məlumatların, təkliflərin) qəbulu və yönləndirilməsindən ibarətdir.

Çağrı Mərkəzinin “960” qaynar xətti ilə əlaqə gün ərzində saat 9:00-dan 18:00-dək fasiləsiz olaraq təmin edilir. 960 qaynar xəttinə hər ay minlərlə zəng daxil olur. Sual-cavab kateqoriyasına əsasən zənglər ixtiralar, sənaye nümunəsi, əmtəə nişanları, müəllif hüquqları, hüquq, reyestr xidmətləri, maliyyə, Apellyasiya Şurası, PƏNAH sistemində qeydiyyat, həmçinin iddia sənədlərinin icra vəziyyəti və sairəni əhatə edir. Mərkəzin əməkdaşları daxil olan sualları ya birbaşa, ya da araşdırdıqdan sonra cavablandırır, zəruri hallarda isə müvafiq şöbələrin əməkdaşlarına yönləndirirlər.

Çağrı Mərkəzində iddiaçıların və sahibkarların əqli mülkiyyətin istənilən sahəsi üzrə məsləhət almağa gəlməsi üçün lazımi şərait yaradılıb. Bu məqsədlə xüsusi məsləhət otaqları ayrılıb. İddiaçılar məsləhət otaqlarına yaxınlaşaraq, Çağrı Mərkəzinin peşəkar əməkdaşları və ya aidiyyəti şöbələrin ekspertləri ilə canlı ünsiyyət quraraq suallarına aydınlıq gətirə bilərlər.

Eyni zamanda, Çağrı Mərkəzinin əməkdaşları ikihəftəlik növbəli rejimlə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində Əqli Mülkiyət Agentliyinin masasını təmsil edir və müraciət edən sahibkarlara əqli mülkiyyətlə bağlı analoji xidmət göstərirlər.

Paylaş: