Ankarada F-16-ların Türkiyəyə tədarükünə dair sazişin imzalandığı bildirilib
Türkiyə ilə ABŞ arasında F-16 döyüş təyyarələrinin tədarükünə dair saziş imzalanıb.
Fhnews.az Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, hazırda iki ölkənin nümayəndə heyətləri səviyyəsində müdafiə sazişlərinin icrasının təfərrüatları üzərində iş aparılır.
Nazirlikdə əmin ediblər ki, müzakirələrin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, bu il yanvarın sonunda Amerika mətbuatı Türkiyə Hərbi Hava Qüvvələri donanmasının modernləşdirilməsi ilə bağlı razılaşmaların əldə olunduğunu açıqlamışdı. Söhbət Türkiyəyə 40 ədəd “F-16 Blok 70” təyyarəsinin verilməsi və Türkiyə ordusunda xidmət edən daha 79 ABŞ qırıcısının modernləşdirilməsindən gedirdi.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...