ANAMA: Ötən həftə 885 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən iyulun 22-dən 28-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb. ANAMA-dan verilən məlumata görə, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Şuşa, Laçın, Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 66 mina, tank əleyhinə 31 mina, 898 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Beləliklə, 885 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...