ANAMA: Ötən həftə 722 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.
ANAMA-dan bildirilib ki, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində ötən həftə ərzində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 73, tank əleyhinə 24 mina, 612 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Ümumilikdə ötən həftə ərzində 722 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...