ANAMA: Ötən həftə 487,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
Fhnews.az xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, dekabrın 18-dən 24-dək Tərtər, Kəlbəcər, Ağdam, Laçın, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 53, tank əleyhinə 11 mina və 307 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həftə ərzində 487,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...