ANAMA: Ötən həftə 1673.7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən iyulun 15-dən 21-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.
Fhnews.az xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 37, tank əleyhinə 67 mina və 181 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ötən həftə ərzində 1673.7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...