AMEA üzrə müxtəlif elm sahələrinin mütəxəssisləri arxeoloji ekspedisiyalarda iştirak edəcəklər
Arxeologiya və Antropologiya İnstitutunun koordinasiyasında AMEA üzrə müxtəlif elm sahələrini əhatə edən mütəxəssislər arxeoloji ekspedisiyalarda iştirak edəcəklər.
Fhnews.az xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.
İclasda akademik İsa Həbibbəyli bildirib ki, arxeoloji ekspedisiyaların fəaliyyəti zamanı tarix, etnoqrafiya, dilçilik, paleocoğrafiya, memarlıq, paleobotanika, paleozoologiya və s. elmi ixtisasları üzrə mütəxəssislərin iştirakı gələcəkdə ölkəmizin zəngin maddi-mədəni irsinin daha sistemli və hərtərəfli öyrənilməsinə geniş imkanlar yarada bilər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart...
BDU tələbəsi kapoeyra üzrə Avropa...
BANM-ın 24 tələbəsi “Aspire Leaders”...
DİM: Azərbaycan dili üzrə onlayn...
BDU əməkdaşları arasında “İlin alimi”...