AMEA-nın rəhbəri COP29 çərçivəsində Nobel mükafatı laureatı Məhəmməd Yunusla görüşüb
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli COP29 tədbirləri çərçivəsində Bakı Olimpiya Mərkəzində Nobel mükafatı laureatı, Banqladeş Xalq Respublikası Müvəqqəti Hökumətinin Baş müşaviri Məhəmməd Yunusla görüşüb.
AMEA-dan verilən məlumata görə, qısamüddətli görüşdə iki ölkənin elmi qurumları arasında qarşılıqlı əlaqələr barədə söhbət aparılıb.
Akademik İsa Həbibbəyli Məhəmməd Yunusu Banqladeş Xalq Respublikası Müvəqqəti Hökumətinin Baş müşaviri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, onu AMEA-ya elmi ictimaiyyətin nümayəndələri ilə görüşə dəvət edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart...
BDU tələbəsi kapoeyra üzrə Avropa...
BANM-ın 24 tələbəsi “Aspire Leaders”...
DİM: Azərbaycan dili üzrə onlayn...
BDU əməkdaşları arasında “İlin alimi”...