Almaniyanın şimalında Baltik dənizindəki ən uzun estakada istifadəyə verilib
Almaniyanın Meklenburq-Vorpommern əyalətindəki Prerov qəsəbəsinin ərazisində Baltik dənizində ən uzun estakada yaradılıb.
Fhnews.az "Şpigel" nəşrinə istinadla xəbər verir ki, uzunluğu 720 metr olan estakada kompleksində həm də 50-yə yaxın gəminin yan ana biləcəyi kiçik liman inşa edilib. Sərnişinlər üçün də ayrıca bölməsi olan estakada turistik məkan kimi də fəaliyyət göstərəcək.
Gəmi qəzaları zamanı xilasetmə əməliyyatlarının uğurla həyata keçirilməsində böyük rol oynayacaq estakadanın gələcəkdə daha da uzadılması nəzərdə tutulur.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...