Almaniyada güclü qar və buzlanma səbəbindən uçuşlar təxirə salınıb
Almaniyanın mərkəzi, qərb və cənub-qərb bölgələrində güclü qar yağması və həddindən artıq buzlanma səbəbindən bəzi uçuşlar ləğv edilib, magistral yollarda çoxsayda qəzalar baş verib.
Almaniya Meteorologiya İdarəsi günorta saatlarından başlayaraq xüsusilə ölkənin cənubunda güclü qar yağacağı və həddindən artıq buzlanmanın gözlənildiyini açıqlayıb.
İdarə Baden-Vürtemberq və Bavariya, Reynland-Pfalts, Saarland, Hessen və Şimali Reyn-Vestaliya əyalətlərinin bir hissəsi üçün soyuq hava, güclü qar və həddindən artıq buzlanma ilə bağlı xəbərdarlıq edib.
Frankfurt hava limanında uçuşların həyata keçirilə bilməyəcəyi bildirilib. Şimali Reyn-Vestfaliya xüsusilə ölkənin cənub hissəsi, o cümlədən Axen, Köln, Olpe və Vinterberq üçün güclü qar yağacağı ilə bağlı xəbərdarlıq edilıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...