2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Almaniya İkinci Dünya Müharibəsindəki qətliama görə İtaliyaya təzminat ödəyəcək

10-12-2024
IMG

İtaliya məhkəməsi Almaniyanın İkinci Dünya Müharibəsi zamanı İtaliyanın Pietransieri kəndində faşistlərin qətliamında həlak olanların yaxınlarına əlavə 4 milyon avro təzminat ödəməsi barədə qərar çıxarıb.

İtaliya mətbuatında yer alan xəbərə görə, L'Aquila apellyasiya məhkəməsi Almaniyanın qətliamda yaxınlarını itirən daha 30 nəfərə 4 milyon avro təzminat ödəməsinə qərar verib.Əvvəlki qərarda açıqlanan təzminatla ödəniləcək ümumi məbləğ 15 milyon avroya çatacaq.

Qeyd edək ki, 1943-cü il noyabrın 21-də faşistlər L'Aquila şəhəri yaxınlığındakı Pietransieridəki Limmari meşəsində yerli əhalinin İtaliya müqavimətini dəstəklədiyi şübhəsi ilə qətliam törətmişlər. Qətliamda 128 silahsız mülki vətəndaş həyatını itirmişdi. Ölənlərdən 60-nın qadın, 34-nün 10 yaşa qədər uşaq və çoxsayda yaşlı  olduğu bildirilib.

Paylaş: